22 yaşlı qız kafedə döyüldü:


Digərləri 31 İyl 2018 13:04:00 417 0

22 yaşlı qız kafedə döyüldü:

Hər şey anidən oldu. Əvvəl sataşdı, sonra mən cavabını verəndə yaxınlaşdı və məni vurdu.

22 yaşlı tələbə Mariya Leqerr Fransanın paytaxtı Parisin mərkəzindəki kafelərdən birində çirkin təcavüzə məruz qalıb.

Son.az Le Monde-yə istinadən bildirir ki, Mariya kafenin yanından keçəndə masa arxasında oturmuş saqqallı kişi ona baxaraq fit çalıb, sonra söz ataraq "Əcəb bədənin var, mənimlə yatarsan?!" deyib.

Mariya sinirlənərək "Səsinizi kəsin, tərbiyəsiz!" deyəndə kişi yerindən durub, masanın üzərindəki külqabını ona atıb. Daha sonra isə o, Mariyaya yaxınlaşaraq tələbə qıza şillə vurub.

Aldığı zərbədən Mariyanın üzündə şiş, gematoma əmələ gəlib.


Xəbərə aid fotolar