Novruz Məmmədovun körpüdən düşürdüyü Tovuz sakininin dramı FOTO


Digərləri 31 İyl 2018 12:56:00 259 0

Novruz Məmmədovun körpüdən düşürdüyü Tovuz sakininin dramı  FOTO

Bu gün səhər intihara cəhd edən və Baş nazir Novruz Məmmədovla söhbət edəndən sonra fikrindən daşınmış Tovuz rayon sakini Əhmədov Yaşar Məmmədəli oğlu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və adiyyatı üzrə şöbələrin məsul şəxsləri tərəfindən qəbul edilib.

Son.az xəbər verir ki, bu barədə virtualaz.org-a Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 3 may 2018-ci il tarixində Tovuz rayonu Bozalqanlı kənd sakini Yaşar Əhmədovun qonşularının kollektiv şəkildə Xəzər televiziyasının "Səni axtarıram" verilişinə edilmiş müraciəti əsasında Y.Əhmədovun ailə problemi ictimailəşdirilmiş və mövzu ətrafında müzakirələr aparılıb (https://www.youtube.com/watch?v=IeLJyP5iudY). Müvafiq məsələ ilə bağlı "Xəzər" televiziyasının əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şifahi müraciət olunmuşdur. Müraciətdə Yaşar Əhmədovun həyat yoldaşı Pərvanə Məhəmməd qızı Qarayeva tərəfindən tərk edildiyi, himayəsində 2 azyaşlı uşağın olduğu və onların çətin həyat şəraitində saxlanıldığı bildirilib. Bundan dərhal sonra Komitə tərəfindən Y. Əhmədovla telefon əlaqəsi saxlanılıb və Komitəyə dəvət olunub. Bir neçə gün ərzində vətəndaş müxtəlif bəhanələrlə Komitəyə gəlməyib və telefonunu söndürüb.

Məsələ ilə əlaqədar olaraq ətraflı məlumat əldə etmək məqsədilə Komitə tərəfindən 4 may 2018-ci il tarixində 2-499/18 nömrəli məktubla Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edilib. 16 may 2018- ci il tarixində Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən müraciətə cavab olaraq hazırda uşaqların Gəncə şəhərində ananın himayəsində yaşadıqları və icra hakimiyyəti tərəfində müntəzəm olaraq P.Qarayeva ilə əlaqə saxlanıldığı bildirilib.