İyulun 31də Mars Yerə ən yaxın məsafədə olacaq


Digərləri 31 İyl 2018 12:59:00 316 0

İyulun 31də Mars Yerə ən yaxın məsafədə olacaq

İyulun 31-də Mars-Yer qarşıdurması baş verəcək.

AMEA-dan Son.az-a verilən məlumata görə, iyulun 31-də Mars planeti Yerə ən yaxın məsafədə olacaq.

Bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə, planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.