Xalq artisti Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir


Digərləri 31 İyl 2018 12:42:43 343 0

Xalq artisti Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, vida mərasimində mərhumun yaxınları ilə yanaşı, incəsənət nümayəndələri iştirak edirlər.

Xalq artisti vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.