Bakıda “Dəniz kuboku2018” beynəlxalq yarışları başlayır FOTO


Digərləri 31 İyl 2018 12:14:00 237 0

Bakıda “Dəniz kuboku2018” beynəlxalq yarışları başlayır  FOTO

Bu gün "Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək "Dəniz kuboku-2018" beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Son.az xəbər verir ki, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, "Beynəlxalq Ordu Oyunları - 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrinə qatılacaqlar.


Xəbərə aid fotolar