Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır


Digərləri 31 İyl 2018 11:53:00 299 0

Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır

Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır

Bakı. Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri sırasında başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır. Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədə idi və torpaq yatağının eni standartlara cavab vermirdi. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start vermişdi.