Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq


Digərləri 31 İyl 2018 11:57:28 286 0

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq

Bu gün Mars-Yer qarşıdurması baş verəcək

Bakı. Bu gün Qırmızı planet (Mars) Yerə ən yaxın məsafədə olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək. Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.