Kəpəz əsas heyətin bütün üzvləri ilə sağollaşıb


İdman 31 İyl 2018 11:27:00 323 0

Kəpəz əsas heyətin bütün üzvləri ilə sağollaşıb

Yeni mövsümdən 1-ci divizionda çıxış edəcək “Kəpəz” hazırlığa start verib. Goal.az xəbər verir ki, “sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda olub.

Komandanın qarşıdakı üç gün ərzində çalışmaları isə Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından, heyətdə sınaqdan keçirilən oyunçular da var.

Bu arada, "Kəpəz" əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb. Yeni mövsüm üçün Gəncə təmsilçisinin əsas komandası əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.