Deputat: 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər


Digərləri 31 İyl 2018 11:26:00 256 0

Deputat: 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər

2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər

Bakı. Azad Həsənli - 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər. Bunu Trend-ə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib. Onun sözlərinə görə, 2017-ci il Azərbaycan üçün qırılma ili olub: “Amma bu ilin ilk yarısının nəticələrinə əsasən biz yenidən artım trayektoriyasına qayıtmışıq. Hesab edirəm ki, 2019-2020-ci illərdə iqtisadiyyatın artım tempi daha da artacaq”. Deputat bildirib ki, ölkədə Bakı-Tbilisi-Qars, Bakı beynəlxalq dəniz ticarət limanının birinci mərhələsinin tikintisi, “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi bir sıra iri nəqliyyat layihələrinin icrası başa çatdırılıb və ya bitmək üzrədir: