Qusarda “İnfiniti” ilə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib (FOTO)


Digərləri 31 İyl 2018 11:14:00 308 0

Qusarda “İnfiniti” ilə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib (FOTO)

Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib.

Bakı. Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, bir neçə gün əvvəl toy karvanının iştirakçısı olan sürücünün hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb. Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.