Tramp ümid edir ki, İtaliya TAP-ın tikintisini yekunlaşdıra biləcək


Digərləri 31 İyl 2018 11:00:39 262 0

Tramp ümid edir ki, İtaliya TAP-ın tikintisini yekunlaşdıra biləcək

ABŞ prezidenti Donald Tramp İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir.

Bakı. Ləman Zeynalova - ABŞ prezidenti Donald Tramp İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir. Trend-in məlumatına görə, bunu Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Prezidenti bildirib: "Boru kəmərinə gəlincə, mən rəqabətqabiliyyətli boru kəməri görmək istərdim. Cənab Baş nazir, mən ümid edirəm ki, siz bu rəqabətqabiliyyətli boru kəmərini tikə biləcəksiniz".