Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq


Digərləri 31 İyl 2018 11:00:00 304 0

Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq

Bu ilin iyul ayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və "Toyota Caucasus" şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Toyota-nın Qafqaz regionu üzrə prezidenti Mitsuru Konişi arasında imzalanmışdır. 

Müqaviləyə əsasən, Toyota şirkəti 2018-ci ilin sonuna qədər Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının "Məğrur tərəfdaşı" qismində çıxış etmək hüququ qazanmışdır. Tərəfdaşlıq çərçivəsində "Toyota Caucasus" şirkəti  Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunları və 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının təbliğində MOK-a dəstək göstərəcəkdir.

Çingiz Hüseynzadə bu tərəfdaşlığı yüksək dəyərləndirərək söyləmişdir ki, dünyanın ən tanınmış avtomobil nəhənglərindən biri olan Toyota şirkəti ilə belə bir tərəfdaşlıq MOK üçün yenilikdir.