Baş nazir: TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir


Digərləri 31 İyl 2018 10:43:00 300 0

Baş nazir: TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir

TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir

Bakı. Ləman Zeynalova - Transadriatik boru kəməri (TAP) İtaliyanın enerji təchizatı üçün strateji layihədir. Trend-in məlumatına görə, bu fikri ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda birgə mətbuat konfransı zamanı İtaliyanın Baş naziri Cuzeppe Konte deyib. İtaliyanın Baş naziri qeyd edib ki, bu məsələni ABŞ Prezidenti D.Trampla müzakirə edib və İtaliya hökuməti tam əmindir ki, bu, İtaliya, Cənubi Avropa və Aralıq dənzi ərazilərinin enerji təchizatı üçün strateji layihədir. C.Konte bildirib: "Biz gözəl anlayırıq ki, TAP enerji sisteminin yenilənməsinə və bizim proqramın əsas hissəsi olan kömür istifadəsinin azalmasına müsbər təsir göstərəcək.