Azadlığa çıxan kimi həbs olundular VİDEO FOTO


Digərləri 31 İyl 2018 10:25:00 266 0

Azadlığa çıxan kimi həbs olundular  VİDEO  FOTO

Rusiyadakı qalmaqallı, ekstravaqant və xuliqan perfomansları ilə tanınan "Pussy Riot" pank-qrupunun üzvləri azadlığa çıxan kimi həbs olunublar.

Son.az TASS-a istinadən bildirir ki, "Pussy Riot"un üzvləri Pyotr Verzilov, Veronika Nikulşina, Olqa Kuraçova və Olqa Paxtusova DÇ-2018-in finalında oynanan Fransa-Xorvatiya matçında əyinlərində polis paltarları qaçaraq meydana çıxmışdılar. İyulun 15-də yaşanmış bu olayda qrup üzvləri 30 saniyə meydanda qalmışdılar.

Onlar inzibati həbsə məruz qalmış, 15 gün müddətinə azadlıqdan məhrum edilmişdilər. Üstəlik, onlara 3 il müddətində istənilən idman yarışında tribunalara giriş yasaqlanıb.

Dünən xüsusi istintaq təcridxanasından çıxanda qrupun üzvlərini Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri qarşılayıblar. "Pussy Riot" üzvləri polis maşınına oturdularaq "Lujniki" polis idarəsinə aparılıblar.


Xəbərə aid fotolar