İsmayıllıda meşədə narkotik tərkibli bitki əkən şəxs tutulub


Digərləri 31 İyl 2018 09:58:58 225 0

İsmayıllıda meşədə narkotik tərkibli bitki əkən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb.