“Uber” 10 milyardıncı daşımanı həyata keçirdi


Digərləri 31 İyl 2018 08:51:00 243 0

“Uber” 10 milyardıncı daşımanı həyata keçirdi

"Uber" beynəlxalq taksi xidməti bütün dünya üzrə 10 milyard daşıma həyata keçirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

"Uber" daşımalarının sayını 2010-cu ildən hesablayır. 5 milyard sifarişi xidmət 2017-ci ilin iyul ayının sonunda həyata keçirib. Belə çıxır ki, son bir il ərzində onlar daha əvvəlki 6 il yarım müddətində daşıdıqları qədər daşıma həyata keçiriblər.