LGnin gəlirləri azaldı, smartfon satışları düşdü


Digərləri 31 İyl 2018 08:59:00 255 0

LGnin gəlirləri azaldı, smartfon satışları düşdü

Cənubi Koreyanın "LG Electronics" bu ilin ikinci rübünün nəticələri ilə bağlı hesabatını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 36,6 faiz azalıb.

Şirkətin xalis mənfəəti 291 milyon dollar olub. Ancaq bir il öncə şirkət xalis olaraq 460 milyon dollar qazanıb. Satışları 3,2 faiz artıb və 13,4 milyard dollar təşkil edib.