“Qualcomm”un xalis mənfəəti bir ildə 41 faiz artdı


Digərləri 31 İyl 2018 08:21:00 284 0

“Qualcomm”un xalis mənfəəti bir ildə 41 faiz artdı

"Qualcomm" şirkəti növbəti rüblük hesabatını dərc edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, mobil cihazlar üçün bir kristallı sistemlərin tanınmış tədarükçüsü üçün iyunun 24-də 2018-ci maliyyə ilinin üçüncü rübü yekunlaşıb.

Hesabat dövründə şirkətin gəliri 5,6 milyard dollar təşkil edib. Bu, ötən rübün göstəricisindən 6 faiz çoxdur. Ötən rüb şirkətin gəlirlərinin həcmi 5,3 milyard dollara bərabər olub. Bu, 2017-ci ilin üçüncü rübü ilə müqayisədə isə 4 faiz çoxdur ki, həmin dövrdə şirkətin gəlirləri 5,4 milyard dollar təşkil edib.