İran ABŞla danışıq şərtlərini açıqlayıb


Dünya 31 İyl 2018 08:23:00 288 0

İran ABŞla danışıq şərtlərini açıqlayıb

İran Prezidenti Administrasiyasının rəhbərinin müavini Həmid Abutalebi bildirib ki, ölkəsinin ABŞ-la danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.

Son.az Trend-ə istinadən bildirir ki, Abutalebi bunu Twitter vasitəsilə bildirib.

Bazar ertəsi ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt olmadan görüşü istisna etməyib. O, əlavə edib ki, İran da bu istəklə çıxış etməlidir, amma qarşı tərəf belə görüşə çətin ki, hazırdır.