Samsung Galaxy Jnin istehsalı dayanır


Digərləri 31 İyl 2018 08:11:00 253 0

Samsung Galaxy Jnin istehsalı dayanır

İnsayder məlumatlarına əsasən, Cənubi Koreyanın "Samsung" şirkətinin populyar "Galaxy J" seriyasından olan telefonları satışdan çıxarılacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, istehsalçı qənaətcil "Galaxy C", "Galaxy J" və "Galaxy On" seriyasından olan cihazların istehsalından imtina etməyə hazırlaşır.

Ancaq şirkət qənaətcil cihazların istehsalını davam etdirəcək. İnsayderlər bildirirlər ki, daha əvvəlki istehsal xəttini "Galaxy P" və "Galaxy R" nəsli davam etdirəcək. Beləliklə, "Samsung", sadəcə, rebrendinq edəcək.