Kolumbiyada silahlı hücum: 8 nəfər öldürülüb


Dünya 31 İyl 2018 08:20:00 258 0

Kolumbiyada silahlı hücum: 8 nəfər öldürülüb

Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "El Tiempo" məlumat yayıb.

Məlumata görə, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər binanın içindəki insanlara atəş açıblar.