"Yandeks.Taksi" xəbərdarlığı: Hibrid savaşda istifadə oluna bilər


Digərləri 31 İyl 2018 08:05:00 365 0

"Yandeks.Taksi" xəbərdarlığı: Hibrid savaşda istifadə oluna bilər

Litva Seyminin (parlament) üzvü Audronyus Ajubalis Rusiyanın "Yandeks.Taksi" xidmətinin fəaliyyətinin ölkənin milli təhlükəsizliyi üçün təhdid yarada biləcəyini söyləyib.

Son.az lent.az-a istinadən xəbər verir ki, A. Ajubalis bildirib ki, Rusiya başqa vasitələrlə yanaşı, biznes yolu ilə də öz təsirini artırmağa çalışır. O qeyd edib ki, "Yandeks.Taksi" kimi müasir mobil vasitələr sərnişinlər, onların gediş marşrutu və gediş vaxtı barədə  asanlıqla informasiya toplaya bilir: "Taksi xidmətləri sərnişinlərin və onların əhval-ruhiyyəsinin identifikasiyası üçün də istifadə oluna bilər. Hibrid müharibə kontekstində vətəndaşların vəziyyəti haqqında istənilən informasiya təcavüzkar üçün faydalı ola bilər, ona görə də Rusiyanın Litvaya yatırımları əlbəttə ki, milli təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirilməlidir".

A. Ajubalis Litva Dövlət Təhlükəsizlik Departamentinin direktoru Daryus Yanuşkisə müraciət edərək Rusiya şirkətinin fəaliyyətinin araşdırılmasını istəyib.