Bakıda ər arvadını boğazından bıçaqlayıb


Digərləri 31 İyl 2018 08:06:00 265 0

Bakıda ər arvadını boğazından bıçaqlayıb

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki,  hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib.

1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb.

.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Araşdırma aparılır.