Ən “ağıllı” səsli köməkçi funksiyası açıqlanıb


Digərləri 31 İyl 2018 07:51:00 360 0

Ən “ağıllı” səsli köməkçi funksiyası açıqlanıb

"Loup Ventures" şirkətinin analitikləri populyar səsli köməkçi funksiyalarını sınaqdan keçirərək onların ən "ağıllı"sını müəyyənləşdiriblər.   Son.az ICTnews-a istinadən bildirir ki, testdə "Google Assistant", "Siri", "Alexa" və "Cortana" funksiyaları iştirak edib. Hər yardımçı funksiyaya 5 müxtəlif kateqoriya üzrə 800 sual verilib: ticarət, naviqasiya, lokal xüsusiyyətlər, informasiya və komandalar.   Məlumata görə, düzgün cavablara görə lider "Google Assistant" (85,5 faiz düzgün cavab) seçilib. İkinci yerdə "Siri" (78,5 faiz) qərarlaşıb. Sonuncu mövqelərdə "Alexa" və "Cortana" (61,4 və 52,4 faiz) funksiyaları yer alıb.     Şirkət əməkdaşlarının sözlərinə görə, ən keyfiyyətli sorğu informasiyasını "Google" səsli köməkçisi (93 faiz düzgün cavab) təqdim edir, "Siri" isə komandaları daha yaxşı yerinə yetirir (90 faiz).