Bakıda ər arvadını boğazından bıçaqlayıb


Sosial 31 İyl 2018 07:38:05 297 0

Bakıda ər arvadını boğazından bıçaqlayıb

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib.

1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Araşdırma aparılır.