Bakıda zavodun qarşısında kişini avtomobil vurub


Sosial 31 İyl 2018 06:09:50 306 0

Bakıda zavodun qarşısında kişini avtomobil vurub

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib

Bakıda zavodun qarşısında kişini avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

1984-cü il təvəllüdlü Hüseynov Ramin Baloğlan oğlu Səttərxan adına Poladtökmə zavodunun qarşısında yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.