Rusiyal sabiq futbolçu heyfisləndi: "Hazırda bunun əksini görürəm"


İdman 31 İyl 2018 02:22:00 274 0

Rusiyal sabiq futbolçu heyfisləndi: "Hazırda bunun əksini görürəm"

Manchester United və Rusiya millisinin sabiq futbolçusu Andrey Kançelskis ölkəsində futbolun durumu barədə danışıb. Goal.az xəbər verir ki, Kançelskis mundialın keçirilməsinin ölkədə futbolun inkişafına təsir göstərməsi əvəzinə, əks prosesin baş verdiyini deyib. O, DÇ-2018 zamanı Rusiyada 11 klubun dağıldığını vurğulayıb:

“İstərdim ki, dünya çempionatının keçirilməsi Rusiyada futbolun inkişafına böyük təkan versin. İstərdim ki, stadionlarda futbol oynasınlar, bazar yaratmasınlar. Ancaq hazırda bunun əksini görürəm.

DÇ-2018 zamanı Rusiyada 11 klub fəaliyyətini dayandırdı. Bu barədə isə heç kim danışmır. Belə durumda inkişafdan danışmaq olar? Həyəcan zəngi çalmaq, bu məsələyə diqqət ayırmaq lazımdır”.