Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq


Digərləri 30 İyl 2018 23:52:00 305 0

Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency - DARPA) təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək kiçik robotların istehsalına başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "SHRIMP" (SHort-Range Independent Microrobotic Platforms) adlandırılan layihə çərçivəsində hazırlanan robotlar ən kiçikölçülü mexanizmlər olacaq. Həşərat ölçüsündə olan robotlar kifayət qədər sürətlidir, tullana, uça, predmetləri qaldıra və məkanı analiz edə bilir.