Ermənilər Milli Qəhrəmanın "abidəsini" 10 min avroya görə dağıdıblar VİDEO


Digərləri 30 İyl 2018 23:36:00 315 0

Ermənilər Milli Qəhrəmanın "abidəsini" 10 min avroya görə dağıdıblar  VİDEO

Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən dağıdılmasını əks etdirən görüntülər yayılıb. Son.az bildirir ki, ailəsi deyib ki, Allahverdi Bağırovun məzarında heç baş daşı olmayıb və bunu təsdiq edən videgörüntülər də mövcuddur.

Araşdırma nəticəsində Milli Qəhrəmanın məzarının işğal edilmiş ərazilərimizdə hansı məqsədlə bərpa edildiyi və nə üçün dağıdıldığı müəyyən edilib.

Məlum olub ki, əslində, Avropa İttifaqının maliyyə yardımı və qurumun ''Sülh Təşəbbüsləri'' proqramı çərçivəsində həm Azərbaycan, həm də Ermənistan tərəfində film çəkilir. Azərbaycan tərəfindən bu işləri jurnalist Asəf Quliyev icra edir.

Onun sözlərinə görə, əvvələr Milli Qəhrəmanın məzarı da filmin kadrlarını çəkmək üçün bərpa edilib və cəmi bir neçə gün əvvəl məzara baş daşı qoyulub. Filmdə də əsas sujet xəttinin Allahverdinin dostu Razmik Petrosyanın onun məzarını hələ də qoruması olub.

Burada isə erməni vandalları yenə də öz xislətlərini göstəriblər. Belə ki, Avropa İttifaqından 10 min avro alaraq məzarın üstünə baş daşı qoyan ermənilər, yenə də iç üzlərini göstərərək nümayişkaranə şəkildə Azərbaycanın digər abidələri kimi, bu abidəni də vəhşicəsinə məhv etdilər.

Qeyd edək ki, 1992-ci ildə çəkilmiş kadrlarda Allahverdi Bağırovun məzarının Şəhidlər Xiyabanında oldugu və ətrafında digər məzarların mövcudluğu müşahidə edilsə də, 2007-ci ildə çəkilmiş fotolarda ətrafdakı məzarların erməni vandalları tərəfindən dağıdıldığı açıq görünür.