Təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 30 İyl 2018 23:39:00 263 0

Təyyarə qəzaya uğrayıb, ölənlər var

Kanadaya məxsus kiçik təyyarə ABŞ-da qəzaya uğrayıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "CBC" Birləşmiş Ştatların Mülki Aviasiyasının Federal İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da qeydə alınıb. ABŞ-ın Kanada ilə sərhədindəki Men ştatında baş verən qəza zamanı 3 nəfər həlak olub.