Salyan sakinlərindən narkotik vasitə götürülüb


Kriminal 30 İyl 2018 23:19:00 366 0

Salyan sakinlərindən narkotik vasitə götürülüb

Salyan sakinlərindən narkotik maddə aşkarlanıb. 

Son.az report.az-a istinadən bildirir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan şəhər sakini Bağırov Coşqun Nadir oğlu və Qaraçala qəsəbəsinin sakini Məmmədov Əkbər Oqtay oğlu saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərinə keçirilən şəxsi baxış zamanı C. Bağırovun üzərindən narkotik vasitə - ümumi çəkisi 110 qram olan qurudulmuş marixuana, Ə. Məmmədovdan isə ümumi çəkisi 0,180 qram heroin aşkar edilərək götürülüb.