Düzgün ixtisas seçimi üçün nələrə diqqət etmək lazımdır? VİDEO


Digərləri 30 İyl 2018 22:58:00 304 0

Düzgün ixtisas seçimi üçün nələrə diqqət etmək lazımdır?  VİDEO

Xəbər verdiyimiz kimi, bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bəs düzgün ixtisas seçimi emək üçün nələrə diqqət etmək vacibdi?

Son.az bildirir ki, təhsil eksperti Rəsul Ağayev deyir ki, hər bir abituriyent seçəcəyi universiteti, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur.

Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.

Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər.