Toydan nəmər pullarını oğurlayan şəxslər yaxalanıb VİDEO


Kriminal 30 İyl 2018 22:12:00 311 0

Toydan nəmər pullarını oğurlayan şəxslər yaxalanıb  VİDEO

Kürdəmirdə toydakı qutudan pul oğurlayan şəxslər saxlanılıb.

Son.az bildirir ki, Kürdəmirin Mollakənd kənd sakini Cosqun İsayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, şadlıq sarayında toy mərasimi keçirilib. Toy məclisi zamanı ona məxsus 4700 manat pul naməlum şəxslər tərəfindən şadlıq sarayının ikinci mərtəbəsindəki foyedən oğurlanıb.

Aparılan araşdırmalar zamanı toy məclisindən oğurluq edən şəxslərin rayonun Qağacılı kənd sakinləri - 24 yaşlı Tərlan Mazanov və 21 yaşlı Ruhan Bəşirzadə olduğu müəyyənləşib. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib.