Taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcək YENİLİK VİDEO


Digərləri 30 İyl 2018 21:59:00 315 0

Taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcək  YENİLİK  VİDEO

Ölkəmizə səfər edən turistlər hava limanına ayaq basdıqları zaman müxtəlif qiymətlərlə rastlaşırlar. Taksilər yerli vətəndaşlardan fərqli olaraq turistlərə normalda deyilən qiymətdən bir qədər yüksək qiymət deyirlər. Bu isə turistlərdə ölkəmiz haqqında fərqli fikirlər formalaşmasına səbəb olur.

Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün xüsusi konsepsiya hazırlayıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.

Bakı Nəqliyyat Agentliyi ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində iş aparır.

Yeni konsepsiyaya görə, taksi sürücüləri turistlərə şişirdilmiş qiymət deyə bilməyəcəklər. Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək.