Heç bir yerdə işləməyən qadın sosial yardım ala bilmir VİDEO


Digərləri 30 İyl 2018 21:40:00 278 0

Heç bir yerdə işləməyən qadın sosial yardım ala bilmir  VİDEO

Heç bir yerdə işləməyən Pərvin Ağacanova sosial yardım ala bilmir.

Son.az bildirir ki, səbəb isə həyat yoldaşının həbsdə olmasını təsdiqlədə bilməməsidir.

Halbuki, bu problemi vətəndaşın özü yox, vahid elektron informasiya bazası həll etməlidir.

Pərvin Ağacanovanın sözlərinə görə, həyat yoldaşı Azər Ağacanov 11 ay əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum olunub. Heç bir gəliri olmayan 3 uşaq anası sosial yardım almaq üçün bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Bir neçə gün əvvəl isə qadına nazirlikdən cavab gəlib ki, ona sosial yardım düşmür. Səbəb isə Azər Ağacanovun dustaq olması təsdiqini tapmamasıdır.