Metro və avtobuslarda gediş haqqı artırılıb


İqtisadiyyat 30 İyl 2018 21:11:46 59 0

Metro və avtobuslarda gediş haqqı artırılıb

Metro və avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik müəyyən edilib

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

"Report" Tarif Şurasına istinadən xəbər verir ki, ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.

Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

İranın İdman Nazirliyi idmançıların ölkə xaricinə çıxışına qadağa qoyub like
  • 30 İyl 21:10  
Dünya İranın İdman Nazirliyi idmançıların ölkə xaricinə çıxışına qadağa qoyub

İranın İdman Nazirliyi idmançıların zəruri olmadığı halda ölkə xaric

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda  FOTO like
  • 30 İyl 21:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda FOTO

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstagram sosial şəbəkəsind

arrow Ətraflı
Bir qrup kino xadiminə pul mükafatları təqdim edilib (SİYAHI) like
  • 30 İyl 20:50  
Digərləri Bir qrup kino xadiminə pul mükafatları təqdim edilib (SİYAHI)

Kinematoqrafçılar İttifaqı bir qrup veteran kino xadiminə pul mükafatları

arrow Ətraflı
Şimal bölgəsində 1315 hektar ərazi yanıb like
  • 30 İyl 20:50  
Digərləri Şimal bölgəsində 1315 hektar ərazi yanıb

Son 3 gün ərzində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzin

arrow Ətraflı
Azərbaycanda 6 ayda 1800dən çox insanın həyatı xilas edilib like
  • 30 İyl 20:45  
Digərləri Azərbaycanda 6 ayda 1800dən çox insanın həyatı xilas edilib

2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibb

arrow Ətraflı
Türkiyə vətəndaşından qeyriadi təklif: "Betmen" loqotipi... like
  • 30 İyl 20:40  
Digərləri Türkiyə vətəndaşından qeyriadi təklif: "Betmen" loqotipi...

Türkiyə vətəndaşı Kamal Atakan Kırca "Change.org" saytında Tü

arrow Ətraflı
Məşhur model övladları ilə istirahətdə like
  • 30 İyl 20:35  
Digərləri Məşhur model övladları ilə istirahətdə

2016-cı ildə müğənni həyat yoldaşı Kaan Tangözedən boşanan model Seç

arrow Ətraflı
Sıla Bakıya gəlir like
  • 30 İyl 20:27  
Digərləri Sıla Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Sıla Bakıya gəlir.

arrow Ətraflı
Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edildi like
  • 30 İyl 20:25  
Digərləri Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edildi

Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təkl

arrow Ətraflı
Gəncə sakini ölümcül döyüldü like
  • 30 İyl 20:22  
Digərləri Gəncə sakini ölümcül döyüldü

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

arrow Ətraflı
Dubay aeroportunda kriminal avtoritet saxlanıldı like
  • 30 İyl 20:20  
Dünya Dubay aeroportunda kriminal avtoritet saxlanıldı

Dubay aeroportunda axtarışda olan ermənistanlı kriminal avtoritet saxlanıl

arrow Ətraflı
"Bakcell"dən "İnstagram" istifadəçiləri üçün maraqlı müsabiqə (FOTO) like
  • 30 İyl 20:20  
Digərləri "Bakcell"dən "İnstagram" istifadəçiləri üçün maraqlı müsabiqə (FOTO)

Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri

arrow Ətraflı