“Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm”


Şou-biznes 30 İyl 2018 19:36:00 290 0

“Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm”

Müğənni Elnarə Xəlilova övladları haqda bir neçə sualı cavablandırıb.

Son.az axşam.az-a istinadən məlumatına görə, ifaçı övladlarının da musiqi ilə məşğul olması barədə suala belə cavab verib: "Övladlarımın mənim yolumu davam etdirmələrini istəmirəm. Əslində çox istedadlıdırlar. Eynən valideynlərinə bənzəyiblər. Onların peşəkar musiqi ilə məşğul olmalarını istəmirəm. Amma görsəm ki, böyük fitri istedadın qarşısını alıram, əlbəttə ki, dəstək olaram. Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm".  Qeyd edək ki, jurnalist Rövşən Cahangirovla ailə quran Elnarənin dörd övladı var.

Son.az