Qubada dağlıq ərazidə növbəti yanğın baş verib


Digərləri 30 İyl 2018 19:37:16 234 0

Qubada dağlıq ərazidə növbəti yanğın baş verib

Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Bakı. Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb oluub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.