Azərbaycanın xalq artisti vəfat etdi


Kriminal 30 İyl 2018 19:26:00 261 0

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.