Qubada yanğının söndürülməsinə helikopterlər cəlb olundu


Digərləri 30 İyl 2018 18:40:00 307 0

Qubada yanğının söndürülməsinə helikopterlər cəlb olundu

Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.