“Söyüş söydü, ürəyindən bıçaqladım” Öz dostunu öldürən şəxs VİDEO FOTO


Digərləri 30 İyl 2018 18:48:00 277 0

“Söyüş söydü, ürəyindən bıçaqladım”  Öz dostunu öldürən şəxs  VİDEO  FOTO

Son.az ARB TV-nin "Rezonans" verilişində Murad Muradovun həbsxana hekayələrini təqdim edir.

Murad Muradov (cəzası 10 il) : "Cəlilabad rayonunda doğulmuşam. Artıq 2 ilə yaxındır ki, həbsdəyəm. Öz dostumu öldürmüşəm. Söyüş söydü, əsəbləşdim. Özümə hakim ola bilmədim, vurdum. İki bıçaq vurdum, biri tutdu. Digər vurduğum zərbə boşa çıxdı, vurduğum ürəyinə girdi. Bıçağı aparıb yolun kənarına atdım. Evə gəlib söhbəti danışdım, dedilər evdən get. Kəndə dayımgilə getdim. Təzə çatmışdım ki, polislər gəlib apardı. Məhkəmədə ağır cəzanı eşidib pis oldum. Peşmanam. Başqa cür həll etmək olardı. Bacarmadım. Atam rəhmətə gedib. Valideynim, qohumlarım yanıma gəlirlər. Heç kimə bura düşməyi arzulamıram. Cavanlığımı bura qurban verəcəm. Heç kimə bura düşməyi arzu etmirəm".


Xəbərə aid foto