Hollandiyalı mütəxəssis Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq məsləhətçi təyin olunub


Digərləri 30 İyl 2018 18:36:00 329 0

Hollandiyalı mütəxəssis Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq məsləhətçi təyin olunub

Hollandiyalı mütəxəssis Aqrar Tədqiqatlar Mərkəzinin strateji fəaliyyət istiqamətlərinin müəyyənləşməsində iştirak edəcək.

Bakı. Hollandiyalı mütəxəssis Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq məsləhətçi təyin olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, dünyada kənd təsərrüfatı sahəsində araşdırma və tədqiqatlarına görə böyük nüfuza və təcrübəyə malik olan, Azərbaycanda kənd təsərrüfatının strateji inkişafı üzrə ilkin layihə həyata keçirmiş Wageningen İqtisadi Tədqiqatlar Universitetinin (Niderland) əməkdaşı George Beers Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi təyin olunub.