Gəncə hadisələri ilə əlaqədar zərərsizləşdirilən şəxslərdən avtomat, tapança, qumbara aşkar edilərək götürülüb


Digərləri 30 İyl 2018 18:21:00 255 0

Gəncə hadisələri ilə əlaqədar zərərsizləşdirilən şəxslərdən avtomat, tapança, qumbara aşkar edilərək götürülüb

Gəncə hadisələri ilə əlaqədar zərərsizləşdirilən şəxslərin üzərindən avtomat, tapança, qumbara aşkar edilərək götürülüb.

Bakı. Samir Əli - Gəncə hadisələri ilə əlaqədar zərərsizləşdirilən şəxslərin üzərindən avtomat, tapança, qumbara aşkar edilərək götürülüb. Trend-in məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, cari il iyulun əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxları məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib.