Şimal bölgəsində 1315 hektar ərazi yanıb


Digərləri 30 İyl 2018 18:10:00 325 0

Şimal bölgəsində 1315 hektar ərazi yanıb

Siyəzən, Şabran və digər rayonlarda meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.

Bakı. Son 3 gün ərzində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarında) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb. Trend-in nazirliyin saytına istinadən məlumatına göprə, yanğınlar nəticəsində 1315 ha ərazi (meşə ərazisi 5 ha, digər ərazilər 1310 ha) yanıb.