Prezident İlham Əliyev Naxçıvan şəhərinə yeni icra başçısı təyin edib


Siyasət 30 İyl 2018 18:03:00 290 0

Prezident İlham Əliyev Naxçıvan şəhərinə yeni icra başçısı təyin edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Şəmsəddin oğlu Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son.az