İran Azərbaycanı yeni dəmir yoluna qoşulmağa dəvət etdi


Digərləri 30 İyl 2018 17:50:00 365 0

İran Azərbaycanı yeni dəmir yoluna qoşulmağa dəvət etdi

İran Azərbaycanı Ərdəbil əyalətinin Parsabad sərhədyanı şəhəri ilə Azərbaycanın cənubunu birləşdirəcək dəmir yoluna qoşulmağa dəvət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təklif İranın yollar və şəhər inkişafı naziri Abbas Axundinin Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı səsləndirilib.

İranlı nazir bildirib ki, bu layihə Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə oxşardır və iki ölkə arasında nəqliyyat əməkdaşlığının genişlənməsinə kömək edəcək.