Azərbaycanda 6 ayda 1800-dən çox insanın həyatı xilas edilib


Digərləri 30 İyl 2018 17:57:00 297 0

Azərbaycanda 6 ayda 1800-dən çox insanın həyatı xilas edilib

2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumatına görə, müraciət edənlərdən 33113-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 435210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56741-dən artıq olub. Pediatrik çağırışlar stansiyanın bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841-dən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olub. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.