"Report"da "Media məktəbi"nin ilk buraxılışı olub


Sosial 30 İyl 2018 17:13:03 249 0

"Report"da "Media məktəbi"nin ilk buraxılışı olub

Təlim proqramının məzunlarına sertifikatlar təqdim olunub

"Report" İnformasiya Agentliyində reallaşan "Media Məktəbi"nin ilk buraxılışı olub.

"Report"a müraciət etmiş namizədlərin sırasından seçilmiş 6 gənc 2018-ci ilin iyun-iyul aylarında xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb, jurnalistika peşəsinin sirlərinə yiyələniblər.

Təlim proqramının məzunlarına sertifikatlar təqdim olunub.

"Media Məktəbi"nin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrları yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaqdır. Məktəbdə tədrisin ən yeni üsulları tətbiq edilib, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi baş tutub.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyi "Media Məktəbi" layihəsini növbəti aylarda da davam etdirəcək.