Azərbaycanda 77 qəsdən adam öldürmə cinayətindən 74nün üstü açılıb


Digərləri 30 İyl 2018 17:10:00 363 0

Azərbaycanda 77 qəsdən adam öldürmə cinayətindən 74nün üstü açılıb

Azərbaycanda 77 qəsdən adam öldürmə cinayətindən 74-nün üstü açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

Qeyd olunub ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Daxili işlər və prokurorluq orqanları tərəfindən birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb. 2018-ci ilin birinci yarısında qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.