Tunisdə polislərin gənc azarkeşin ölümüdə təqsiri araşdırılır


İdman 30 İyl 2018 16:52:00 323 0

Tunisdə polislərin gənc azarkeşin ölümüdə təqsiri araşdırılır

Futbol təkcə qollar və çılğın emosiyalar demək deyil. Bəzən meydanda və ondan kənarda xoşagəlməz hadisələr, faciələr qeydə alınır. Goal.az xəbər verir ki, bunlardan biri martın 31-ə təsadüf edib. Tunisin Club Africain komandasına azarkeşlik edən Ömər Laabidi Olimpiya stadionunun yaxınlığındakı çayda batıb.

Laabidinin komandası Olympique de Medenin-ə uduzandan sonra azarkeşlər arasında toqquşma baş vermişdi. Bunun səbəbi iddialı Club Africain-in autsayderlə 1:1 hesablı bərabərliyə razılaşması idi. Məhz bu xal itkisi kluba çempionluq mübarizəsində ciddi zərbə olmuşdu. Azarkeşlər arasındakı toqquşmada Ömər hadisələrin mərkəzində idi. Məsələyə polis müdaxilə edən kimi fanatlar qaçmağa başladı. Ömər Laabidi isə çarəni suya tullanmaqda gördü. Bir neçə saatdan sonra gənc oğlanın meyidi Meliane adlı yerdə tapıldı.

Onun valideynləri polisdən məhkəməyə şikayət etmişdi. Konfliktin şahidlərindən biri demişdi: "Suya tullanmazdan öncə qorxmuş oğlan qışqırdı ki, üzə bilmir. Polis nəfərlərindən biri isə cavabverdi ki, öyrənməyin əsl vaxtıdır". Laabidi suya tullananda sahildə 17 polis olub və onlardan heç biri boğulan oğlanı xilas etməyə səy göstərməyib.

Məhkəmə artıq bir neçə aydır davam edir. Ömərin valideynlərinə təcrübəli vəkil Tumi Ben Fərhad kömək edir. O, məhkəməyə bir neçə yeni sübut təqdim etməyi bacarıb. Ben Fərhad tibbi ekspertizanın nəticələrini göstərir və oğlanın suya atılmazdan öncə döyüldüyünü bildirir. Tunis mediası da bu prosesi gündəmdə saxlamağa çalışır. Ölkədə futbol azarkeşlərinə polisin qəddar münasibət göstərməsi bir neçə dəfə də qeydə alınıb.